Ermənistan Ani körpüsünün bərpası ilə bağlı Türkiyəyə öz yanaşmalarını təqdim edib.
Bu barədə "Sputnik-Armeniya"ya Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Ermənistan tarixi Ani körpüsünün bərpa işlərinə dair öz yanaşmalarını Türkiyəyə təhvil verib”, - XİN-dən bildiriblər.
Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ankarada türkiyəli keçmiş həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında Ermənistan və Türkiyənin Ani sərhəd körpüsünü təmir edəcəyini bildirmişdi./Report