Bu gün CHP-nin nizamnamə dəyişikliyi məqsədi ilə növbədənkənar Qurultay başlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qurultayı giriş sözləri ilə açan CHP sədri Özgür Özəl partiyada intiriqa yaradanlara xəbərdarlıq edib.
O, şəxsi ambisiyalarına görə partiyaya qarşı davrananları bağışlamayacaqlarını bəyan edib: "Şəxsi maraqlara görə burada başqanlığı iddialı olanlar elə yerlərində qalsalar, yaxşdır. Əvvəlki səhvlər bu dönəmdə edilməyəcək, onlar heç vaxt bu partiyada vəzifə almayacaqlar."
Xatırladaq ki, CHP lideri Özgür Özəl keçmiş başqan Altan Öymen, Hikmət Çətin və Murat Karayalçın ilə birlikdə qurultaya gəlib. Maraqlıdır ki, qurultaya dəvət alsa da, sabiq sədr Kamal Kılıçdaroğlu qatılmayıb.
Türkiyə mətbuatı yazır ki, Özgür Özəl qurultayda ona mesaj verib.
Xatırladaq ki, Kılıçdaroğlu bndan əvvəl bir neçə dəfə "Əgər quurltay nümayəndələri istəsə, yenidən sədr ola bilərəm" deyib.
Zülfiyyə
MİA.AZ