Türkiyənin sabiq Daxili işlər naziri, hazırda İstanbuldan deputat olan Süleyman Soylu sosial şəbəkələrdə haqqında saxta xəbərlər yayan şəxslərə sərt mesaj verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sabiq nazir iftira yayanların yaxasını buraxmayacağını bəyan edib.

Sabiq daxili işlər nazirinin sözlərinə görə, ölkəyə həmişə xidmət edib və bundan əsla peşman deyil: "Nə həyasız, bir-birinə qarışmış uydurmalar yayırlar? Hansı operativ ağıllar edir? Nə etsələr əbəsdir, əllərindən gələni etsinlər. Mən bu ölkəyə xidmət etdiyim üçün heç vaxt peşman olmamışam və olmayacam da. Allah haqlı olanlarladır. Amma mən bu böhtançı dəstələrin yaxasını buraxan deyiləm, bu da belə bilinə".

Firudin Səfərli
MİA.AZ