Fatih Ərbakanın lideri olduğu Yenidən Rifah Partiyası (YRP) ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini tələb edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Yenidən Rifah Partiyasının sədr müavini Suat Kılıç mətbuat konfransında açıqlamalar verib.
Onun sözlərinə görə, ölkədə dərin iqitisadi böhran yaranıb:
"Türkiyənin bu şərtlər altında uzun müddət davam etməsi mümkün deyil. Görünən kəndə bələdçi lazım deyil. Türkiyənin erkən seçkiyə doğru irəlilədiyini görürük. Növbədənkənar seçkilər 23 noyabr 2025-ci ildə keçirilməlidir. Artıq erkən seçki qapını döyür və biz buna hazırlanmalıyıq".
Şanlıurfa Bələdiyyə sədri Mehmet Kasım Gülpınarın YRP-dən istefası ilə bağlı suaı cavabandıran Kılıç bildirib ki, pul ala bilməmək, bələdiyyə layihələrini təsdiqlədə bilməmək, Ankaranın qrantlarından yararlana bilməmək bələdiyyə başqanı mövqeyini dəyişməyə məcbur edə bilməz: "Kasım Gülpınar YRP sədri ilə vidalaşmadan getdi. Necə deyərlər, salamla gəldi, salam vermədən getdi...”
Firudin Səfərli
MİA.AZ