İordaniyanın xarici işlər naziri Ayman əs-Safedi İsrailə çox açıq müharibə xəbərdarlığı edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, ölkəsinə gələn almaniyalı həmkarı Annalena Baerbock ilə birgə mətbuat konfransında İsrailin Qəzzanı xarabalığa qoyduqdan sonra indi də işğal altındakı İordan çayının qərb sahilindəki fələstinliləri İordaniyaya deportasiya etmək xəyalına düşdüyünü bəyan edib.

Nazir Qəzzadan sonra İordan çayının qərb sahilinin və bütün bölgənin döyüş bölgəsinə çevrilmə təhlükəsinin çox yaxın olduğunu deyib: "Bu, baş vermədən  beynəlxalq ictimaiyyəti hərəkətə keçməli və İsraili dayandırmalıdır. İsrail bölgədəki vəziyyəti daha da pisləşdirməkdən çəkinməli, Fələstin torpaqlarındakı vandalizmə son verməldiir. açqı deyirəm, İsrailin işğal altındakı İordan çayının qərb sahilindəki fələstinliləri İordaniyaya deportasiya etmək cəhdini müharinə elanı kimi qiymətləndirəcəyik".

HƏMAS və İsrail arasında danışıqlara toxunan İordaniya xarici işlər naziri bildirib ki, hər dəfə olduğu kimi, bu dəfə də İsrailin baş naziri Benyamin Netanyahunun mövqeyini dəyişib: "O, yenə də danışqıarı pozmaq mqəsədiylə  yeni şərtlər irəli sürüb və niyyətinə çatıb. Danışıqlarla atəşkəsi və girov mübadiləsini həmişə o, pozub..."

Almaniyanın xarici işlər naziri isə İsrailli nazirlərin Qüdsdəki müqəddəs yerlərlə bağlı bəyanat və hərəkətlərini pisləyib: "Bunlar mövcud gərginliyi daha da artırır. israilli nazirlər bundan çəkinməlidir".

Almaniyanın İsrailə silah satışını niyə dayandırmadığı sualına Baerbok belə cavab verib: "Silah ixracı ilə bağlı sərt siyasət izləyirik. Deyə bilərəm ki, İsrailə ixrac etdiyimiz silahlar müharibə silahı deyil".

Qəzza və İordan çayının qərb sahilindəki vəziyyətin Livan və İrana keçməsi ehtimalından danışan Baerbok bildirb ki, Orta və Yaxın Şərq əsl fəlakət astanasındadır: "Bu kontekstdə daimi sülh üçün addım atılmalıdır. Müstəqil Fələstin dövləti sülhün daimi təminatıdır..."

Tahir Şəlvəli

MİA.AZ