Bu gün Qəzza zolağında Deyr əl-Belah və Xan Yunus şəhərlərində məcburi köçkünlərin sığındığı ərazilər bombalanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Əz-Zeytun Şəhidlər Məktəbi" yaxınlığında mülki şəxslərə PUA-larla zərbələr endirilib.
İlkin məlumata görə, hadizə zamanı azı 3 fələstinli ölüb, 16 yaralı var.
Fələstin Mülki Müdafiə İdarəsindən verilən məlumata əsasən, Əbu İskəndər bölgəsində isə tikiş sexi vurulub: "Burada 3 işçi yaralanıb. Zikim qəsəbəsində isə bir binaya atəş açılıb. Nəticədə 4 fələstinli ölüb, 10-dan çox isə yaralanıb. Xan Yunus şəhərinin qərbində isə bir nəfər öldürülüb".
Tahir Şəlvəli
MİA.AZ