İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin valiliyini mühasirəyə alıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Cenin valisi Kamal Əbu Rubb bəyanat yayıb.
O bildirib ki, özü və əməkdaşları İsrail qüvvələri tərəfindən mühasirəyə alınan binada sıxışıb qalıb: "İşğal qüvvələri mühasirəyə aldıqları binaya atəş açır, raket zərbələri endirir. Biz içəridəyik, atışma və qarşıdurma səslərini eşidirik".
Əbu Rubb qeyd edib ki, İsrail qüvvələri bununla Fələstin hökumətindən nazirlərin mətbuat konfransı keçirmək üçün binaya gəlməsini də əngəlləyib: "Fələstin hökuməti bu gün bəzi nazirlərin iştirakı ilə Qəzzadakı vəziyyətlə bağlı Cenin şəhərində mətbuat konfransı keçirəcəkdilər. Buna imkan verilməmək üçün əməliyyat başlayıb...".
Tahir Şəlvəli
MİA.AZ