Yunanıstana qaçmağa çalışan FETÖ şübhəliləri saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ədirnə Jandarma Komandanlığı məlumat yayıb.

Bildirilib ki, Meriç rayonu yaxınlığındakı 1-ci dərəcəli hərbi qadağa bölgəsində həyata keçirilən əməliyyatda qeyri-qanuni yollarla Yunanıstana getməyə çalışan M.G. və S.T. adlı şəxslər tutulublar: "Araşdırma zamanı onların FETÖ ilə əlaqə səbəbindən axtarışda olduqları müəyyən olunub..."

Firudin Səfərli
MİA.AZ