İsveçin xarici işlər naziri Tobias Billström istefa verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama yayıb.

Nazir bildirib ki, siyasəti birdəfəlik tərk edəcək: "Qürurla bu gün Baş nazirə bildirdim ki, gələn çərşənbə günü parlamentin açılışında xarici işlər naziri və siyasətdən ayrılacağam".

İstefa qərarını izah edən nazir bildirib  ki, son 25 ilin 10-nu nazir vəzifəsində çalışıb: "Düşünrəm ki, artıq yetər".

Xatırladq ki, 50 yaşlı Billström 2022-ci ilin oktyabrından Xarici İşlər naziri idi.

Lamiyə Əhmədli

MİA.AZ