ABŞ Rusiyanı prezident seçkilərinə müdaxilə etməkdə ittiham edir

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, Rusiyaya bağlı bəzi media qurumları və sosial media platformaları noyabrın 5-də keçiriləcək prezident seçkilərinə müdaxilə etməyə can atır.

ABŞ-ın baş prokuroru Merrik Qarland isə Ədliyyə Nazirliyində keçirilən mətbuat konfransında Moskva rəhbərliyini "topa tutub".

Qarland iddia edib ki, Rusiya bütün imkanlarını işə salaraq Amerikada prezident seçkiləri öncəsi ictimai rəyi yönləndirməyə çalışır: "Bu məsələdə Rusiyanın bir çox TV-ləri, media orqanları və sosial medialardakı platformaları aktiv rol alırlar. ABŞ bu istiqamətdə siyahı hazırlayıb və onların hamısı sanskiyaılara məruiz qalacaqlar. Bunların arasında Rusiyalı iki aparcıcı Kostiantyn Kalaşnikov və Elena Afanasyevanın da adları var".

Baş prokuror iddia edib ki, rəsmi Moskva ABŞ-dakı seçkiyə təsir etmək üçün qısa müddətdə bir çox təbliğat rupöorlarına 10 milyon dollar xərcləyib: "Bu, artıq tərəfimizdən dəqiqləşdirilib".

Lamiyə Əhmədli

MİA.AZ