Türkiyədə İYİ Partiyadan istefalar davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün Konyanın Ahırlı rayon bələdiyyəsinin sədri Ali Üzlük partiyasından ayrıldığını açıqlayıb.
O bildirib ki, özü ilə yanaşı, Bələdiyyənin məclis üzvü olan partiyadaşları da İYİ-dən istefa verib.
Bələdiyyə sədri bunu partiyanın fəaliyyətsizliyi ilə əlaqələndirib. Lakin o, digər partiyaya qatılıb-qatılmayacaqları haqda informasiya verməyib.
Fürudin Səfərli
MİA.AZ