Hindistanın Haryana əyalətində inək əti yediyi iddia olunan 26 yaşlı mühacir Sabir Məlik bir qrup şəxs tərəfindən linçlə edilərk öldürülüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə avqustun 27-də Çarxı Dədridə baş verib.

Məlumata görə, bir qrup hindistanlı gənc Sabir və daha bir nəfəri mal əti yeməkdə günahlandırılıb: "Onlar küçə-küçə dolaşaraq metal yığıb satmaqla məşğul olan Sabiri dəmir satmaq adı ilə avtobus dayanacağına çağırıblar. Ora çatan kimi isə "sən bizim inancımıza zidd olaraq inək əti yeyibsən" deyərək bir qrup dəyənəkli şəxs Sabirə hücum çəkib. Amansızlıqla döyülən Sabir adlı şəxs dəyənək zərbələr ilə oradaca ölüb"

Xəbərdə o da deyilir ki, digər gənc yaşlı insanların müdaxiləsi ilə xilas ollunub.

Polisin verdiyi məlumata görə, hücum çəkən Abhishek, Mohit, Ravinder, Kamaljit və Sahil başqda olmaqda 7 nəfər saxlanılıb: "Onlardan biri azyaşlıdır. Faktla bağlı cinayət işi açılıb, hadisə ətraflı araşdırlır".

Haryana Baş Naziri Nayab Singh Saini hadisəni "faciəli hadisə" adlandırıb, o, bir gəncin vəhşicəsinə linç olunması haqda ifadə işlətməkdən qaçıb. Əlavə edib ki, əyalətdə inəklərin mühafizəsi üçün ciddi qanunlar var və bu, qorunmalıdır.

Müxalif BJP partiyasının deputatı Mahua Moitra hadisəni sərt şəkildə tənqid edib: "Nifrətin körüklənməsi belə dəhşətli hadisələrə səbəb yaradır..."

Tahir Şəlvəli

MİA.AZ