Uqandada əsl adı Robert Kyaqulani olan müxalif siyasətçi Bobi Uayn polis tərəfindən ayağından güllələnib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə etiraz aksiyasında baş verib.

Məlumata görə, nümayişçilərlə polis arasında toqquşma olub: "Polis aksiyanı dağıtmaq üçün müxalif siyasətçi Bobi Uayn ayağından güllələyib. Buna baxmayaraq, aksiya səngiməyibn. Əksinə, kütlə çox qəzəblənib..."

Milli Birlik Platforması hadisə ilə bağlı bəyanat yayıb.

Bəyanatda polisin qəsdən müxalif siyasətşinin həyatına qəsd etdiyi iddia olunub: "Hazırda müxalif liderin vəziyyəti ağırdır".

Polis və hökumət rəsmiləri hələlik hadisə ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, 2021-ci il yanvarın 14-də Uqandada keçirilən prezident seçkilərinə namizəd olan müğənni və müxalif siyasətçi Bobi Uayn seçkilər öncəsi həbs edilib. Bundan sonra  ölkədə zorakılıq başlayıb. Etirazlarda 50-dən çox insan həyatını itirib. 34 ildir hakimiyyətdə olan Yoveri Museveni seçkilərdə qalib gəlib. 

Lamiyə Əhmədli
MİA.AZ