BMT Livandakı Müvəqqəti Sülhməramlı Qüvvələrinin (UNIFIL) əməkdaşlarından biri İsraillə sərhəddə yaralanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə UNIFIL-in sözçünün müavini Candice Ardell yayılan xəbəri təsdiqləyib.
Onun sözlərinə görə, UNIFIL-də xidmət edən İspaniya birliyinə gedən əməkdaşlardan biri İsrail tərəfindən açılan atəşlə xəsarət alıb: "Bu, son iki gündə UNIFIL bölməsinə ikinci hücumdur. Təəssüf ki, dünən də belə hal olsa da, əməkdaşlarımız yaralanmadan qurtulub, ancaq BMT maşını zədələnib"
Livanın cənubunda İsrail və Hizbullah arasında davam edən qarşılıqlı toqquşmalardan mülki şəxslərin, o cümlədən UNIFIL işçilərinin ciddi zərər çəkdiyini xatırladan Candice Ardell tərəfləri diqqətli olmağa çağırıb.
Tahir Şəlvəli
MİA.AZ