“Əli Kərimlinin oğlu İngiltərədə yaşayır, NİDA-cı gənclər həbsxanada, niyə?”
"NİDA-cı gənclərin prezident İlham Əliyevdən əfv istəməsi və özlərinin indiyə qədər təsir altında olduqlarını etiraf etməsi çox yaxşı haldır”. Bu sözləri "Publika.az” Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabeliyindəki Bakı İstintaq təcridxanasında saxlanılan NİDA-cı məhkum Şahin Novruzlunun prezident İlham Əliyevə dən əfv istəyinə münasibət bildirən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, həqiqətən bu gənclər radikal müxalifətin təsirini düşmüş gənclərdir: ”Bunlardan Əli Kərimli və İsa Qəmbər öz siyasətləri üçün faydalanırdılar. Əli Kərimli həmişə maraqlı olub ki, ona yaxın olan gənclərin əksəriyyəti həbsxana düşsün və o da bütün beynəlxalq təşkilatlara gösərsin ki, "əsas müxalifət” budur. Bu gənclər artıq başa düşüblər ki, Əli Kərimliyə onların adı lazımdır. Həmin gənclərin həbsindən bir ildən artıq vaxt keçib. Bu il ərazində Əli Kərimli bir dəfə də olsun o gənclərin türmədə yanına getməyib, nə mənəvi, nə də maddi dəstək verməyib. Heç vermiyəcək də. Lap üstündən 7 il keçsə də, gedən deyil. Bu onun xarakteridir. Odur ki, radikal müxalifətin təsrində olan gənclər NİDA-cı gənclərdən bir nümünə götürməlidilər və başa düşməlidilər ki, öz dostları hansı vəziyyətə düşüblər və unutmamalıdılar ki, nə Əli Kərimliyə görə, nə də İsa Qəmbərə görə həbsxanaya düşməyə dəyməz. Birinin oğlu İngiltərə gözəl həyat yaşayır, o birinin də Bakı da. "
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51