"Husilərin neft tankerlərinə hücumları dəniz ekosistemini təhlükəyə atır".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözlər ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Yəməndə İranın dəstəklədiyi husilərin neft tankerlərinə hücumları barədə bəyanatında yer alıb.
CENTCOM-dan bildirilib ki, husilərin Qırmızı dənizdə Panama bayraqlı “MV Blue Lagoon 1” və Səudiyyə Ərəbistanı bayrağı altında daşıyan “MV Amjad” adlı neft tankerlərinə hücumu qorxulu vəziyyət yaradıb: "Husilərin bu hərəkətləri regional və qlobal ticarətə zərər verməklə yanaşı, dəniz ekosistemini və mülki dənizçilərin həyatını çox böyük riskə atır".
Bəyanatda “MV Amjad” gəmisinin təxminən 2 milyon barel neft daşıdığı və bunun husilərin hücumuna məruz qalan “MV Delta Sounion” gəmisinin daşıdığından təxminən iki dəfə çox olduğu vurğulanıb: "Həmin gəmidə yanğın 21 avqustdan indiyədk yanır..."
CENTCOM qeyd edib ki, Husilərin hərəkətlərinə baxmayaraq, beynəlxalq ticarət tranzitini qorumaq və onların ətraf mühitə təsirini minimuma endirmək mqəsədiylə beynəlxalq tərəfdaşlar və müttəfiqlərlə birgə səylər davam edəcək.
Lamiyə Əhmədli
MİA.AZ