ABŞ-ın məşhur investisiya bankı "Goldman Sachs" Türkiyə ilə bağlı inflyasiya və məzənnə proqnozlarını yeniləyib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, nəhəng bankın proqnozuna görə Türkiyədə illik inflyasiya 62 faizdən 51,4 faizə encək. Lakin bu, dolar/lirə məzənnəsini sabitləşdirməyəcək.
Bank əksinə, bundan əvvəl 3, 6 və 12 aylıq dövrlər üçün USD/TRY üzrə proqnozları dəyişib: "Bank avqust ayında qarşdakı 3 ay üçün bir dolların 33, 6 ay üçün 35 və 12 ay üçünsə 39 lirə olacağını təxmin etmişdi. İndisə bu proqnoz yenilənb. Bankın proqnozuna əsasən, anoloji dövrlər üçün Türkiyədə
dolların məzənnəsi 36, 39 və 44 lirəyə qədər yüksələcək".
Samir Musayev
MİA.AZ