"Mərkəzi Bank hər ay məhkəmələrə verilən banklarla bağlı araşdırma aparmalıdır".
Mia.az-ın məlumatına gərə, bu təklifi Tribunainfo.az-a açıqlamasında “Müstəqil Həmkarlar” İctimai Birliyinin həmtəsisçisi Xəzər Teyyublu bildirib.
Vətəndaş hüquqlarının müdafiəçisi olan Xəzər Teyyublu hesab edir ki, borcverənlə borcalan arasında yaşanan məhkəmə çəkişmələri vəziyyətin xoşagəlməz həddə çatdığını göstərir.
Onun sözlərinə görə, istənilən bankın bir-iki müştərisi ilə problemi ola bilər, amma hazırda vəziyyət belə demir, kütləvi şəkildə məhkəmə mübahisələri var.
Sitat: “Biz hər ay iqtisadiyyat xəbərlərinə baxanda görə bilirik ki, elə bank qalmayıb məhkəməsi olmasın. Bu, kredit şöbələrinin rəhbərlərinin də problemidir. Bank sədrləri və kredit şöbəsi müdirləri vətəndaşların gəlirlərini nəzərə almadan ucdantutma kredit paylayırlar, nəticədə işsiz qalan, yaxud imkanı çatmayan vətəndaşla üz-göz olur, iş məhkəməyə gedir. Hər ay onlarla belə məhkəmə olur. Bizə də müraciət edən vətəndaşlar olur. Məsələ budur ki, günahı müştəri, yaxud bankda axtarmalı deyilik, bu şəraitin yaranmasına səbəb həm də bankların kredit ayıran şöbələrinin gözünü yumub kimə gəldi kredit verməsidir. Odur ki, Mərkəzi Bank bu prosesi izləməlidir”.
Qeyd edək ki, təkcə sentyabr ayı ərzində vətəndaşlarla məhkəmə çəkişməsində olan bankların sayı 20-dir.
Siyahını təqdim edirik:
“UNİBANK” ASC – 943 məhkəmə
“KAPİTAL BANK” ASC – 481 məhkəmə
“ACCESSBANK” QSC – 311 məhkəmə
“AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC – 277
“BANK OF BAKU” ASC – 258 məhkəmə
“YELO BANK” ASC – 124 məhkəmə
“BANK RESPUBLİKA” ASC – 110 məhkəmə
BANK VTB (AZƏRBAYCAN) ASC – 109 məhkəmə
“RABİTƏBANK” ASC – 89 məhkəmə
“PAŞA BANK” ASC – 83 məhkəmə
BANK “BTB” ASC – 55 məhkəmə
“YAPI KREDİ BANK AZƏRBAYCAN” QSC – 46 məhkəmə
“AZƏR-TÜRK BANK” ASC – 34 məhkəmə
“XALQ BANK” ASC – 35 məhkəmə
“AFB BANK” ASC – 19 məhkəmə
MELLİ İRAN BANKI BAKI FİLİALI – 14 məhkəmə
“BANK AVRASİYA” ASC – 10 məhkəmə
“NAXÇIVANBANK” ASC – 8 məhkəmə
“ZİRAAT BANK AZƏRBAYCAN” ASC – 4 məhkəmə
“PREMİUM BANK” ASC – 3 məhkəmə
“AZƏRBAYCAN SƏNAYE BANKI” ASC – 1 məhkəmə
MİA.AZ