Bu gün Türkiyə ordusu İraqın şimalında Metina, Zap, Qara, Hakurk, Qəndil və Asosda 20 terror hədəfi məhv edilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna uyğun olaraq, bu gün İraqın şimalından xalqa və təhlükəsizlik qüvvələrinə qarşı terror hücumlarını aradan qaldırmaq üçün PKK/KCK və digər terror ünsürlərə qarşı növbəti uğurlu əməliyyat keçirilib.
Qeyd edilib ki, əməliyyatla İraqın şimalındakı Metina, Zap, Qara, Hakurk, Qəndil və Asos bölgələrində terrorçu hədəflərə sarsıdıcı hava zərbələri endirilib: "Hava əməliyyatı ilə separatçı terror təşkilatının mağara, bunker, sığınacaq, anbar və obyektlər də daxil olmaqla, 20 hədəf məhv edilib. Bu əməliyyatda yerli və milli silah-sursatdan istifadə edilərək, çoxlu sayda terrorçu zərərsizləşdirilib".
Lamiyə Əhmədli
MİA.AZ