Türkiyədə polis bir bir evdən 15 mindən çox qaçaq yollarla əldə olunan tarixi əsər aşkarlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Hatayın Reyhanlı rayonunda baş verib.

Şəhər polisinin keçirdiyi əməliyyatla evdə aparılan axtarış zamanı Roma, Bizans, Het, Antakya və Makedoniya dövrlərinə aid 13 min 604 sikkə, 100 üzük, 22 kulon, 23 qızıl sikkə, 2 qızıl üzük, 22 gümüş sikkə, 310 mirvari, 836 yağ lampası aşkar edilərək götürülüb: "Bundan başqa, həmin dövrlərə aid olan müxtəlif ölçülü və formalı 382 metal parça müsadirə olunub".

Məlumata görə, evdə axtarış zamanı şübhəli qaçıb: "Hazırda onun tutuması istiqamətində əməliyyat davam edir".

Firudin Səfərli

MİA.AZ