Hindistanın Andhra Pradeş və Telanqana əyalətlərində yağan güclü yağışlar sel və daşqınlar yaradıb.

Mia.az xarici mətuata istinadla xəbər verir ki, nəticədə 19 nəfər ölüb, itkin düşənlər var.

“India Today”in məlumatına görə, ölənlərin 9-u Andhra Pradeş, 10-u isə Telanqana əyalətinin "payına düşür"

Bildirilib ki, ümuimilikdə 14 nəfər itkin düşüb: "Onların axtarışları davam edir. 17 mindən çox insan təxliyə edilib, 140 qatar səfəri ləğv olunub".

Samir Musayev

MİA.AZ