Rusiya ordusu ötən gecə Ukraynanın müxtəlif bölgələrində 35 raket və 23 PUA ilə zərbələr endirib.
Mia.az xarici mətuata istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski qısa bəyanat verib.
O bildirib ki, Rusiya ordusu başda paytaxt Kiyev olmaqla gecə və səhər saatlarında müxtəlif bölgələrə hava hücumları təşkil edib: "Rusiya gecə saatlarında Ukraynaya qarşı ballistik raketlər də daxil olmaqla, cəmi 35 raket və 23 kamikadze dronlar atıb. Zərbələr Krım Muxtar Respublikası Müsəlmanları Dini İdarəsinə aid məscid və İslam Mədəniyyəti Mərkəzinə də tuşgəlib, onlar zərər görüblər. Rusiya ordusu artıq Ukraynadakı ibadət yerlərini də hədəf alır. Rusiyanın nə mənəvi, nə insani dəyərlərə, nə dinə, nə də inanca hörməti var. Onlar Ukrayna xalqına qarşı məhvetmə siyasəti aparır, bütün icmalarımızı və hətta müqəddəs ibadət yerlərimizi məhv etməyə çalışırlar. Dünya Rusiyanın bu hücumlarına qarşı durmalıdır. Bu hücumlar daha şiddətlə pislənməlidir"
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko isə bildirib ki, Kiyevə hücumda 3 nəfər yaralanıb.
Samir Musayev
MİA.AZ