Qəzza zolağının şimalında mülki şəxslərin sığındığı məktəbə İsrail ordusu ağır zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzza zolağının Mülki Müdafiə İdarəsi öz Telegram səhifəsində məlumat paylaşıb.

Bildirilib ki, Qəzzada Səfad məktəbinə hücum nəticəsində azı 11 nəfər həlak olub, onlarla insanın isə yaralanıb: "Ölən 11 nəfərin cəsədi və çoxlu sayda yaralı, o cümlədən 6 yaralı uşaq Əl-Ehli Baptist Xəstəxanasına aparılıb...".

Tahir Şəlvəli

MİA.AZ