Norveçdə rus ordusu tərəfindən xüsusi əhlləşdirldiyi iddia olunan "casus balina" kimi də tanınan "Hvaldimir" ləqəbli beluqa balinası müəmmalı şəkildə ölüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə balinaların qorunması ilə məşğul olan “Marine Mind”  təşkilatının qurucusu Sebastian Strand açıqlama veirb.

O, Norveçə yaxın sahillərində "Hvaldimir"in ölü tapıldığını bildirib: "Balinanın ölüm səbəbi aydın deyil. Onun bədənində çoxsaylı yaralar var idi. Əlbəttə, buna quşların və ya digər dəniz canlılarının səbəb ola bilər. Hətr halda, bu, çox kədərlidir. "Hvaldimir" hətta təkcə Norveçdə belə minlərlə insanın ürəyinə yol tapmışdı..."

Xatırladaq ki, adıçəkilən balina 2019-cu ildə Norveçin şimalında üzərinə quraşdırılmış xüsusi mexanizmlə üzərkən aşkarlanıb.

Məhz kameralara görə, o, "casus balina" kimi bütün dünyada məşhurlaşıb: "Onun Rusiya tərəfindən “casus” kimi yetişdirilməsi ilə bağlı iddialar var. Məhz buna görə ona "Hvaldimir" ləqəbi verilib. Belə ki, 5 il əvvəl Norveçdə tutulan balina üzərindəki mexanizmin kəşfiyyat məqsədiylə xüsusi dizayn edilməsi və onun hər iki tərəfində "GoPro" kameraları quraşdırıldığı müəyyən olunub. Mexanizmin üzərində “Sankt-Peterburq” yazıldığına görə, bunun Rusiyanın "casus"u olması şübhə doğurmayıb. Maraqlıdır ki, ötən 5 ildə ruslar bunu nə təsdiq, nə təkzib edib".

Lamiyə Əhmədli

MİA.AZ