Bir müddətdir ağır dərəcəli astma ilə mübarizə aparan məşhur türkiyəli aktrisa Ahu Tuğba ABŞ-ın Mayami şəhərindəki evində dünyasını dəyişib.

Mia.az Türkiyə mətbuatına istinadla məlumatına görə, gəncliyində 48 filmə çəkilən, həyatında 10 dəfə evliliyə baxmayaraq, cəmi bir qızı olan 69 yaşlı Ahu Tuğbanın vəfatı xəbərini qızı Anjelik təsdiqləyib.

Qızı onun necə öldüyü haqda ətraflı informasiya verməyib. O, yalnız deyib ki, ölüm faktından sonra evə polis çağırıb: "Anam ağır astma xəstəliyindən əziyyət çəkirdi. Üsətlik, bir müddət əvvəl keçirdiyi ağır qəzadan sonra çox çətin günlər keçirirdi...”.

Xatırladaq ki, Ahu Tuğba İstanbulun Yeşilköyündə varlı ailənin tək övladı olaraq dünyaya gəlib. 

O, İstanbulda Amerika Qızlar Liseyinini bitirib. Onun kino karyerası rejissor Metin Erksanın Beyoğlu ətrafında gəzərkən onu görüb filmə dəvət   etməsi ilə başlayıb. Məhz buna görə, o, Kanadanın Konkordiya Universitetinin ingilis dili fakültəsində təhsilini yarımçıq qoyub.

Aktrisa 1980-ci illərin əvvəllərində şöhrət qazanıb və 80-ci illərdə türk kinosunun seks simvollarından birinə çevrilib. O, adətən fahişələri, narkomanları, lakin təmiz qəlbli obrazları canlandırırdı. O, “Erkekçe” jurnalı üçün pozalar verib. O, kazino artisti kimi müxtəlif şoular nümayiş etdirib. 1987-ci ildə musiqi albomu hazırlayıb.

Ahu Tuğba dövrün məşhur aktyorları Kemal Sunal, Cüneyt Arkın, Tarık Akan, Kadir İnanır, İlyas Salman, Hakan Ural, Yaşar Alptekin, Tarık Tarcan, Burçin Oraloğlu və Nuri Alço, 80-ci illərdə isə Banu ilə baş rolda oynayıb. 

Ahu Tuğba 10 dəfə evlənib. 1991-ci ildə alban əsilli amerikalı həkim Timmy Alejtanij ilə evliliyindən 11 noyabr 1993-cü ildə anadan olan "Ahu" (Ajelbegü Ahu Anjelik Alejnatij) adlı qızı var. Ahu Tuğba İstanbulun Osmanbəy səmtindəki Guantenamera adlı gecə klubunun sahibidir. 

Ləman

MİA.AZ