Türkiyədə Qazi Mustafa Kamal Atatürkü və türk millətini təhqir edən şəxs tutulub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sosial mediada sərsəm paylaşımlar edən Burak Keleş saxlanılaraq İstanbul polisinə aparılıb.
Məlumata görə, polis bölməsində ifadəsi alındıqdan sonra o, məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər naziri Ali Yerlikaya faktla bağlı qısa paylaşım edərək yazıb: “Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürkü və sevimli millətimizi sosial şəbəkədə təhqir edən Burak Keleş adlı şəxs İstanbul Polis Şöbəmiz tərəfindən tutulub.".
Lamiyə Əhmədli
MİA.AZ