İzmirdə küçədə jurnalistə açıqlamasına iqtidarı və konkret prezident Ərdoğanı sərt tənqid edən Dilruba Kayserilioğlu ötən gecə həbsdən ev dustaqlığına buraxılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun gecəyarısı qaranlıq bölgədə tək buraxılmasına isə anası etiraz edib.

Anası bildirib ki, söylədiyi fikirlərə görə həbs edilən qızı Dilruba Kayserilioğlunun gecə yarısı azadlığa buraxılma əmri verilib: “Qızım dünən axşam saatlarında evə buraxılıb. Amma bu barədə nə mənim, nə də vəkilinin xəbəri yoxdur. Əlində qara bir salafan torba ilə onu küçəyə tənha buraxıblar. Kimsəsiz bölgədə başına bir iş gəlsəydi, nolacaqdı? Bu, nə deməkdir axı? Bir qızı belə gecə tənha küçəyə buraxmaq nə deməkdir? Yaxşı ki, o, oradan keçən bir nəfər insaflı şəxsdən telefonunu alaraq zəng elədi, dedi, ana ağlama, artıq buraxılmışam..."

Ana deyib ki, bundan sonra qızını taksi ilə gedib həbsxana həndəvərindən götürüblər. O, bununla bağlı şikayət edəcəyini də sözlərinə əlavə edib.

Xatırlaadq ki, vəkili Hüseyn Yıldız "ictimaiyyəti kin və düşmənçiliyə sövq etmək və təhqir etmək" və "prezidenti təhqir etmək" ittihamları ilə mühakimə olunacaq Kayserilioğlunun həbsinə etiraz etmişdi.

İndisə Dilrubə adıçəkilənittihamlar üzrə sentaybrın 3-də hakim qarşısına çıxarılacaq.

Firudin Səfərli

MİA.AZ