Daha bir Afrika ölkəsi Sudanda sel və sürətlə yayılan vəba xeyli insan itkisinə səbəb olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Sudan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son iki ayda ölkənin 11 əyalətində güclü yağışlar səngimir: "Nəticədə yaranan daşqınlar 173 nəfərin ölümünə səbəb olub, 505 nəfər yaralanıb, 170 mindən çox insanın ev və əkin sahələri yararsız hala düşüb".
Nazirlikdən bildirilib ki, indiyədə 18665 ev tamamilə, 14947 evin isə qismən dağılması barədə faktlar aktlaşdırılıb: "Yaranmış vəziyyət vəbanın sürətlə yayılmasına zəmin yaradır. Daşqınlardan sonra vəba epidemiyasından ölənlərin sayı 71-ə çatıb, yoluxanların sayı isə 1700-ə yüksəlib".
Tahir Şəlvəli
MİA.AZ