"Qəzzada poliomielit peyvəndi üçün humanitar atəşkəs olunmalıdır".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu, Avropa İttifaqı tərəfindən İsrailə çağırışda qeyd edilib.
Bu barədə açıqlama verən Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Josep Borrell Qəzzadakı bütün uşaqların poliomielit virusuna qarşı peyvənd olunmasının mütləqliyini qabardıb: "Bunu həyata keçirmək üçün Ümumdünya Səhiyyə Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) və UNICEF-in birgə fəaliyyəti lazımdır. O zaman bütün tərəflər öhdəliyə əməl etmçəklə, kampaniyanın uğrulıa başa çatdırılmasına yardım edə bilər".
Xatırlaadq i, Fələstin Səhiyyə Nazirliyi avqustun 16-da Qəzza zolağında Deyr əl-Belahda 10 aylıq uşaqda poliomielit xəstəliyinin aşkarlandığını bəyan edib.
Tahir Şəlvəli
MİA.AZ