"Cənab Kamal Kılıçdaroğlunu həbs etmək üçün əvvəlcə mənim cəsədimi çeynəmək lazmdır".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri İzmirdə CHP-nin hazırkı sədri Özgür Özəl deyib.
O, MHP-li millət vəkillərinin şikayəti nəticəsində Kamal Kılıçdaroğlu haqqında açılan cinayət işi barədə suala cavabda bildirib ki, Kılıçdaroğlunu gözləyən 3,5 ilə qədər həbs və siyasi fəaliyyətinə qadağa əsla qəbul edilməyəcək: "Hörmətli Kılıçdaroğlu üçün bütün gəldi-gedər hallardır. Onu həbs edəcəksənmi? Bunun üçün əvvəlcə hazırkı sədrin cəsədini çeynəmək lazımdır. Hodri meydan!".
K.Kılıçdaroğluna qarşı açılan cinayət işi ilə bağlı xəbəri buradan ətraflı oxuya bilərsiniz:
Zülfiyyə
MİA.AZ