Ukrayna ilə geniş və açıq savaş həddinə çatan Belarusun prezidenti Aleksandr Lukaşenko maraqlı bəyanat verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,o, ölkəsinin rəsmi "Belta" xəbər agentliyinə müsahibəsində Ukraynanı nəzərdə tutaraq ölkələrinə hücum olmayacağı təqdirdə, qonşu ölkə ilə savaşmayacaqlarını deyib: "Bizim ölkə xaricində döyüşmək niyyətimiz yoxdur. Orduya tərəfimdən sərhəddən kənar hər hansı bir əməliyyat əmri verilməyib. Ordumuz ölkəmiziqorumaqda mükəlləfdir. Bizə müdaxilə olarsa, dərhal cavab olacaq. Yalnız ərazimizə müdaxilə olarsa, döyüşəcəyik. Bu qədər!".

Xatırlaadq ki, bir neçə gün əvvəl Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayaraq Belarusu təlim adı altında sərhəddə əsgər və texnika topladığını bəyan edib və Minski müharibə ilə hədələyib: "Sərhəd pozulacağı təqdirdə, Belarusdakı bütün hərbi hissə və obyektləri ordumuzun açıq hədəfinə çevriləcək".

Onu da qeyd edək ki, Belarus Müdafiə Nazirliyi avqustun 26-da keçirilən təlim üçün Rusiyaya raket və artilleriya birləşmələrinin göndərildiyini təsdiqləyib.

Samir Musayev

MİA.AZ