Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəyə səyahət etmək istəyən bəlli yaş qrupundakı İraq vətəndaşlarına viza qadağasını götürüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə imzlanan qərara əsasən, 15 yaşından kiçik və 50 yaşdan yuxarı İraq vətəndaşlarına 1 sentyabr 2024-cü il tarixindən etibarən Türkiyəyə vizasız daxil olmaq hüququ verilib.
Bu yaş aralığında olanlar Türkiyədə 90 gün sərbəst qala biləcəklər.
Digər yaşda olanlar isə viza alacaq.
Tahir Şəlvəli
MİA.AZ