Efiopiyanın şimalında güclü leysan yağışlarə sel və daşqınlar yaradıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, təxminən 400 minə yaxın insan bu səbəbdən təhlükə ilə üzləşiblər.
Rəsmilər bildirib ki, güclü yağışlar Amhara əyalətində 32 bölgədə torpaq sürüşmələri baş verib: "Belə halların təkrarlanması gözlənilir."
Xatırladaq ki, avqustun 27-də Amharada leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 23 nəfər həyatını itirib, 10 nəfər isə itkin düşüb.
Lamiyə Əhmədli
MİA.AZ