Yaxın Şərqdə gərginlik artan xətt üzrə davam edir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bir neçə saat əvvəl İsrailin olduğu günan olunan savaş təyyarəsi Suriyanın şərqindəki Deyr əz-Zor bölgəsində hələlik məlum olmayan səbəbdən ya qəzaya uğrayıb, ya da vurulub.
Məlumata görə, qırıcı Deyr əz-Zorun ABŞ-ın dəstəklədiyi YPG qüvvələrinin deyil, Bəşər Əsəd rejiminin nəzarətində olan əraziyə düşüb.
İdddia olunur ki, pilot xilas olmağı bacarıb: "Ancaq aradan saatlar ötsə də, hələ heç bir ölkə - nə İsrail, nə Suriya, nıə də bölgədə maraqlı olan hər hansı bir dövlət həmin təyyarənin ona məxsusluğunu açqılamayıb..."
Tahir Şəlvəli
MİA.AZ