Türkiyə Xarici İşlər Nazirliyi İsrailin İordan çayının qərb sahilində bu gün başladığı hücumla bağlı bəyanat yayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bəyanatda əməliyyat qətiyyətlə pislənilib və eyni zamanda, İsrail xarici işlər nazirinin Qəzzadakı oxşar əməliyyatların bu zonada da həyata keçirəcəklərini söyləməsinin qəbuledilməz olduğu qeyd olunub: "İsrailin İordan çayının qərb sahilində başlatdığı qanunsuz əməliyyatı və İsrail xarici işlər nazirinin məlum açıqlamasını şiddətlə qınayırıq". 

Tahir Şəlvəli

MİA.AZ