İsrail bu gün Livanın cənubunda kök salan "Hizbiullah"ın mövqelərinə növbəti zərbə endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Hizbullah" açıqlama yayıb.
Bildirilib ki, Baalbek şəhərindən olan Məhəmməd Həsən Tahanın İsrail ordusunun zərbəsi nəticəsində ölüb.
Xəbərdə deyilir ki, bununla da 2023-cü il oktyabrın 8-dən İsraillə baş verən qarşıdurmalarda həlak olan Hizbullah üzvlərinin sayı 432-yə yüksəlib.
Tahir Şəlvəli
MİA.AZ