ABŞ-da keçmiş prezident Donald Trampa haqqında daha bir ittiham aktı hazırlanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu dəfə 2020-ci il prezident seçkilərinin nəticələrini öz xeyrinə dəyişməyə cəhddə ittiham edilib.
ABŞ mətbuatı yazır ki, prezident seçkilərinin yaxınlaşdığı bir mqəamda Trampa qarşı açılan işlərlə bağlı hüquqi proseslər və müzakirələr sürətlənib.
Xüsusi ilə mühüm işlər üzrə prokuror Cek Smit tərəfindən hazırlanan yeni ittihamnamədə əvvəllər Trampa qarşı irəli sürülən dörd ittiham da yer alıb: "Digər tərəfdən, yeni ittihamnamədə Trampın vəzifədə olan prezident kimi deyil, namizəd kimi adı qabardılıb. Bu, Ali Məhkəmənin keçən ay Trampın namizəd kimi toxunulmazlığa malik olmadığına dair qərarından sonra verilib".
Bəs, görəəsn, bu, Trampın prezidentlik yolunu kəsə bilərmi?
Amerika mətbuatı hazırda bu istiqamətdə qızğın müzakirələr açıb.
Lamiyə Əhmədli
MİA.AZ