Meksika prezidenti Andres Manuel Lopez Obrador ABŞ və Kanada səfirlərini ölkənin daxili işlərinə müdaxilədə günahlandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə  Meksikada Milli Sarayda keçirilən gündəlik mətbuat konfransında danışıb.

Obrador bildirib ki, ölkədə nəzərdə məhkəmə islahatını tənqid edən ABŞ və Kanada səfirləri əsassız iddialar irəli sürüblər: "Bu səbəbdən onlarla əlaqələr dondurulub. Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq. Lakin onlar bizim daxili işlərimizə müdaxiləyə can atırlar. ABŞ səfiri Ken Salazar ilə əlaqələrimiz yaxşıdır, lakin hazırda onunla da münasibət dayandırılıb. Biz tələsməyəcəyik. Meksikanın suverenliyinə hörmət etməyi hər kəs öyrənməlidirlər. Onlara nəyin doğru, nəyin yanlış olduğunu söyləməyəcəyik. Sadəcə qarşılqlı hörmət və anlayış gözləyirik".

Meksika prezidenti ABŞ və Kanada səfirləri ilə dayandırılan əlaqələrin mərkəzi hökumətlərlə müansibətlərə təsiir olmayacağını da sözlərinə əlavə edib: "Əgər hər iki səfir Meksikanın müstəqilliyinə hörməti göstərərsə, münasibətlər bərpa olunacaq".

Xatırladaq ki, ABŞ və Kanada səfirlikləri məhkəmə islahatları ilə bağlı tənqidlər səsləndirib.

Prezident Obradorun təklif etdiyi məhkəmə islahatına əsasən, hakimlər ümumxalq səsverməsi yolu ilə seçilir, lakin onların namizədliyini Konqres (parlament) və məhkəmə sistemi tərəfindən irəli sürülməsi şərti var. Analitiklər, hakimlər və beynəlxalq müşahidəçilər bunun məhkəmələri daha az təcrübəli və siyasi qərəzli hakimlərlə dolduracağından narahatdırlar.

Lamiyə Əhmədli

MİA.AZ