İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə son 24 saatda hücumları davam edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hücum zamanı xeyli ev dağıdılıb, ölən və yaralananlar var.
Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basalın açıqlamasına əsasən, vurulan evlərdə ümumilikdə azı 43 dinc sakin həlak olub: "Ölənlərdən 3-ü uşaqdır, 100-dən çox yaralı var".
Sözçü ən çox zərbənin Qəzzanın cənub istiqamətinə, xüsusən Xan Yunus şəhərinə endirildiyini deyib.
Xatırladaq ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına hücumları nəticəsində 40 min 435 fələstinli həyatını itirib, 93534 nəfər isə yaralanıb. Bildirilir ki, dağıntılar altında hələ də minlərlə ölü qalıb...
Tahir Şəlvəli
MİA.AZ