Hindistanın Qucarat və Racastan ştatlarında son 48 saat ərzində yağan güclü yağışlar selə səbəb olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 17 nəfər ölüb, 11 nəfər isə itkin düşüb.
"Hindustan Times" yazır ki, Qucaratda təxminən 20 min insan evlərindən təxliyə olunub, 6 min insanın evi isə tamamilə yararsız hala düşüb
Xəbərdə o da deyilir kii, hər iki ştatda məktəblər iki gün müddətinə bağlanıb.
Samir Musayev
MİA.AZ