Sabah Gürcüstanın Konstitusiya Məhkəməsi prezidentin və müxalifətin “Xarici agentlər haqqında" qanuna qarşı iddialarına baxmağa başlayacaq.
Bu barədə məhkəmənin mətbuat xidməti xəbər verir.
İclas yerli vaxtla saat 11:00-a təyin edilib.
Xatırladaq ki, Gürcüstan Konstitusiya Məhkəməsində qanunun ləğvi tələbi ilə dörd iddia qaldırılıb. Bunu Prezident Salome Zurabişvili, Gürcüstanın 121 QHT-si, müxalifətdən olan 38 parlament üzvü və jurnalistlər ediblər./Report