Ukraynaya səfərdən yeni dönən Hindistanın baş naziri Modi bu gün Rusiya lideri Putinlə teelfonda danışıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Kreml açıqlama verib.

Bildirilib ki, Modi Putinə Kiyevə səfəri barədə məlumat verib: "O, Ukraynadakı vəziyyətin siyasi və diplomatik yolla həllinə töhfə verməyə hazır olduğunu bildirib. Cənab Putin isə Kiyev administrasiyası və Qərbin dağıdıcı siyasətləri ilə bağlı ona əlavə bilgi verib və Rusiyanın problemin həlli yollarına yanaşmasını sadalayıb".

Liderlər Rusiya və Hindistan arasında əlaqələr də müzakirə edilib.

Putin və Modi iki ölkənin BRİKS çərçivəsində qarşılıqlı fəaliyyətindən məmnun olduqlarını ifadə ediblər: "Baş nazir Rusiyanın sədrliyi ilə oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcəyini də bəyan edib".

Lamiyə Əhmədli

MİA.AZ