Mərkəzi Bank bu gün daha bir bankın vəzifəli şəxsini cərimələyib.
Mia.az xəbər verir ki, bank tərəfindən aparılan cari nəzarət prosesləri nəticəsində “Banklar haqqında” Qanunun 35.4-cü maddəsinin və “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə uyğun olaraq “Bank BTB”nin bir vəzifəli şəxsi cərimələnib.
Xatırladaq ki, oxşar halla bağlı "Paşabank"ın vəzifəli şəxsi də cəzıalandırılıb.