Məşhur müğənni Özcan Dəniz ötən gün xanımı və oğlundan başqa, bütün ailəsini həyatından uzaqlaşdırdığını bəyan edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bundan sonra müğənnin qardaşı "Allah o pulu təkcə sənə yemək üçün vermir, həm də ailənə görə verir" deyə narazılıq etsə də, çox "dərinə getməyib".

Lakin baxısı Yurda Gülər qardaşı Özcan Denizi bu davranışına görə "topa tutub", onu arvadını Samar Dadgarın sözüylə oturub-durmaqda ittiham edib.

Maraqlı burasıdır ki, Özcan Dəniz bacısının bu dedi-qodusuna da çox qəzəbli yanaşıb. O, bacısını video görüntü ilə təhdid edib: "Bəli, Yurda xanım! Axşamı gözlə canım. Sən ailənin hər zaman ən hörmətsizi, hiyləgəri olmusan. Özün kimi biri iləsən. Oğluna dua et. Amma narahat olma! "Sənin və birlikdə olduğun o evli kişi barədə üçün hazırladığım video var..."

Ləman

MİA.AZ