Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistanın Bəlucistan əyalətində yaraqlıların sərnişin avtobuslarına hücumu nəticəsində həlak olan 51 nəfərlə bağlı qardaş ölkəyə başsağlığı verib.

Mia.az xəbər verir ki, başsağlığında deyilir: “Pakistanın Bəlucistan əyalətində törədilən terror aktı nəticəsində onlarla insanın həlak olması xəbərindən sarsılmışıq, terrorun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir, həlak olanların ailələrinə səmimi başsağlığı veririk. Azərbaycan qardaş Pakistan İslam Respublikası ilə həmrəydir”.