Qəzzadakı savaşda ölənlərin sayı 40 min 435-ə yüksəlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.

Bildirilib ki, İsrail ordusu son 24 saatda Qəzza zolağının müxtəlif bölgələrinə zərbələr endirib: "Nəticədə daha 33 fələstinlini həyatını itirib, 66 nəfər isə yaralanıb. Bununla da 7 oktyabrdan bəri Qəzzada ölənlərin sayı 40 min 435-ə, yaralı sayı isə 93 min 534-ə çatıb".

Tahir Şəlvəli

MİA.AZ