Rusiya ilə Ukrayna arasındakı gərginlik NATO üzvü Polşada bu gün böyük həyəcan yaradıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün Rusiyanın çoxsaylı PUA və raket hücumları Ukraynada böyük dağıntılar yaradıb.

Məlumata görə, Rusiyanın hücuma qatılan 100-dən çox kamikadze PUA-larından biri Polşa ərazisinə zərbə endirib.

Polşa Müdafiə Nazirliyi faktı təsdiqləyib. Nazirlikdən bildirilib ki, Rusiya kamikadze dronu Polşanın hava məkanını pozaraq ölkə ərazisinə düşüb: "Hadisə səhər saatlarında baş verib. Dərhal hərbi təyyarələrimiz havalanıb və Rusiyanın davranışlarını tam nəzarətə götürüb".

Firudin Səfərli

MİA.AZ