İkinci dəfə ata olmaq istəmədiyini deyərək diqqət çəkən müğənni Özcan Dəniz ona maddi və mənəvi zərər vurduğunu düşündüyü ailə üzvlərini həyatından uzaqlaşdırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu barədə sosial media hesabından ardf-arda paylaşımlar edib.
Özcan Dəniz bildirib ki, ən yaxın ailə üzvləriniz olsa belə, stress gətirən hər kəısi həyatından silməyi məqbul sayıb: "Belə adamlardan uzaq olun. Çünki belə adamlar yaşadığı ruhi çaşqınlığa və şəxsi maraqlarına görə sizi fəda edir. Bu, ciddi bir nadanlıqdır".
O daha sonrakı paylaşımında yazıb: "Neçə ailə üzvün sənə xəyanət etdi? Sənin xoşbəxtliyin neçə nəfəri məyus edib? Sizə ən yaxın olanların neçəsi sizi yalnız gəlir mənbəyi kimi görüb və o qapını bağlayanda neçə nəfər adının yanına böyük sıfır qoyub? Kürəyinizdə indiyə qədər sizdən qidalanan neçə adamın xəncəri var?"
Daha sonra həyat yoldaşı və oğlunun fotosunu paylaşan sənətçi yazıb ki, ancaq öz ailəsinə bağlı qalacaq: "Mən sizi çox sevirəm. Canım oğlum, canım yoldaşım. İndi kimin üçün yaşadığımı bilirəm və çox xoşbəxtəm".
Xatırladaq ki, Özcan Dənizin qardaşları ilə münasibətlərinin korlanması haqda xəbərlər var. Hətrta qardaşlarındna biri, onun indiyədək meneceri olan böyük qardaşı Ercan Dəniz "İnstaqram" hesabında ona belə replika atmışdı: "Biri pul qazanır, o biri qardaş dolanır. Allah o pulu ona sırf o yesin deyə vermir. Digər qardaşlarına dəstək olsun deyə verir"
Ləman
MİA.AZ