İsrail ABŞ-ın 7 oktyabr 2023-cü ildə başlayan Qəzza zolağına hücumdan sonra İsrailə yardım statistikasını açıqlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ indiyədək Qəzzada 50 min tondan çox hərbi texnika göndərib.
İsrail Müdafiə Nazirliyindən verilən məlumata görə, ABŞ və İsrail arasındakı əməkdaşlıq çərçivəsində indiyədək İsrailə gələn hərbi texnika 500 hərbi təyyarə və 107 dəniz daşımaları vasitəsilə həyata keçirilib: "Bu hərbi təyyarələr və dəniz daşımaları ilə indiyədək İsrailə 50 min tondan çox hərbi texnika çatdırılıb. Göndərilən hərbi dəstəyə zirehli texnika, hərbi sursat və döyüş sursatları, həmçinin fərdi mühafizə vasitələri və tibbi avadanlıqlar daxil olub".
Firudin Səfərli
MİA.AZ