İslandiyada TikTok-da yayılan salat reklamından sonra supermarketlərdə xiyarlar qəhətə çıxıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq fermerlər artan tələbatla ayaqlaşa bilmirlər.
Yayılan məlumata görə, "TikTolk"da sürtgəcdən keçirilmiş xiyar, küncüt yağı, sarımsaq, düyü sirkəsi və acı yağdan ibarət salat resepti ölkədə viral olub.
İslandiya Fermerlər İttifaqı bildirib ki, resept çox populyarlaşdığından artan tələbatı ödəməkdə çətinlk yaranıb: "Ümid edirik ki, qısa zamanda vəziyyət normala dönər".
"Hagkaup" adlı bir supermarket şəbəkəsi də tələb və trend arasında ciddi əlaqə olduğunu və xiyar alışlarının iki dəfə artdığını bəyan edib: "Bu isə rəflərdə xiyar çatışmazlığı yaradıb..."
Zülfiyyə
MİA.AZ